...

Hacıqabul-Paşalı-Tağılı avtomobil yolunun tikintisinə 5 milyon manat ayrılıb

Siyasət Materials 5 Dekabr 2012 18:37 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Hacıqabul-Paşalı-Tağılı avtomobil yolunun tikintisinə 5 milyon manat ayrılıb

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 6 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Hacıqabul-Paşalı-Tağılı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 5 milyon manatı Hacıqabul rayon İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti