Prezident İlham Əliyev: Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra işğal altında olan ərazilər, o cümlədən Şuşa və Xankəndi yenidən tikiləcək (FOTO)

Prezident İlham Əliyev: Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra işğal altında olan ərazilər, o cümlədən Şuşa və Xankəndi yenidən tikiləcək (FOTO)

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Füzuli Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir.

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, Füzuli Su Elektrik Stansiyası Baş Mil kanalı üzərində 14 hektar ərazidə inşa olunmuşdur. Stansiyanın ümumi gücü 25,2 meqavatdır. Su elektrik stansiyası Füzuli rayonundakı 110 kilovoltluq "Haramı" yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə birləşdiriləcək və sistemlə paralel rejimdə işləyəcəkdir.
Diqqətə çatdırıldı ki, Füzuli Su Elektrik Stansiyasının tikintisi Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 2007-ci il 31 oktyabr tarixli Əlavəyə əsasən həyata keçirilmişdir.

Stansiyanın təməlini 2008-ci ildə Füzuliyə səfəri çərçivəsində Prezident İlham Əliyev qoymuşdur. Tikinti işləri yerli "Azenco" şirkəti tərəfindən həyata keçirilmişdir.
Elektrik stansiyasının suqəbuledici qurğusuna baxan dövlətimizin başçısına məlumat verildi ki, qurğu üçün Baş Mil kanalı üzərində 40 min ton tutumu olan su anbarı yaradılmışdır. Anbara toplanan su dörd hidroturbin vasitəsilə generatora ötürülür. Hər bir hidroturbin avtomatlaşdırılmış qapılarla açılıb-bağlanır. Stansiyanın işləməsi üçün nəzərdə tutulan su müəyyən həcmdən artıq olduqda digər xətt vasitəsilə Baş Mil kanalına ötürülür. Lazım olan su isə hər birinin uzunluğu 250 metr, diametri isə 3 metr olan 4 boru vasitəsilə generator və digər mexaniki avadanlığın yerləşdiyi SES binasına ötürülür. Stansiyada texnoloji avadanlıq kompyuterlərlə idarə olunur. Bütün emal prosesi avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Bu məqsədlə binada ayrıca idarəetmə mərkəzi yaradılmışdır. Mərkəz həm elektrik enerjisinin istehsalı prosesini idarə edir, həm də baş verə biləcək nasazlıqları əvvəlcədən qeydə alaraq müvafiq tədbirlərin görülməsi üçün xəbərdarlıq edir.

İdarəetmə mərkəzinə gələn Prezident İlham Əliyev Füzuli Su Elektrik Stansiyasını işə saldı.

Bildirildi ki, ərazidə iki körpü və kabel estakadası qurulmuşdur. Stansiyanın ərazisində 110 kilovoltluq yeni yarımstansiya tikilmiş və onunla əlaqəli digər yarımstansiyalar yenidən qurulmuşdur. Ərazidə geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılmışdır. Stansiyanın ərazisində bütün lazımi avadanlıqla təchiz olunmuş ikimərtəbəli inzibati bina inşa edilmişdir. Su Elektrik Stansiyasının inşasında 400 nəfər işçi çalışmışdır. İlkin mərhələdə 35 nəfərin işləyəcəyi stansiya Aran bölgəsinin enerji təhlükəsizliyinin və dayanıqlılığının təmin olunmasında mühüm rol oynayacaqdır. Stansiyada ildə 100 milyon kilovat/saata yaxın elektrik enerjisi istehsal olunacaqdır.
Stansiyada görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və energetiklərlə görüşdü.

"Bu gün sizinlə bərabər olmaq mənim üçün çox xoşdur. Dördüncü dəfədir ki, Prezident kimi Füzuli rayonuna səfər edirəm. Bu dəfə gözəl obyektlərin açılışında iştirak etmişəm. Onların içində əlbəttə ki, ən böyük obyekt Füzuli Su Elektrik Stansiyasıdır.
Dörd il bundan əvvəl sizinlə bərabər bu stansiyanın təməl daşını qoyduq. Çox şadam ki, artıq stansiya istifadəyə verilmişdir. Son illər ərzində Azərbaycanda tikilən ən böyük su elektrik stansiyasıdır. Gücü 25 meqavatdır və Füzuli rayonunun enerjiyə olan tələbatının bir hissəsini ödəyəcəkdir. Stansiyanın əhəmiyyəti ondan ibarətdir ki, bu, su elektrik stansiyasıdır. Burada istehsal olunan enerjinin qiyməti də aşağıdır. Eyni zamanda, bu stansiya vaxtilə işğal edilmiş ərazidə yaradılmışdır. Bu da stansiyanın əhəmiyyətini böyük dərəcədə artırır" İlham Əliyev çıxışında deyib.

Dövlət başçısı bildirib ki, erməni işğalçı qüvvələri Füzuli rayonunu işğal etmişlər.

"Ancaq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu rayonun bir hissəsini işğalçılardan azad etmişdir. Artıq bu ərazilərdə böyük quruculuq-abadlıq işləri aparılır, evlər tikilir, binalar bərpa edilir, sənaye müəssisələri yaradılır.
Bu gün mən Füzulidə bir neçə obyektin açılışında iştirak etmişəm. Gənclər Mərkəzinin, Heydər Əliyev Mərkəzinin, Heydər Parkının, məktəbin və digər obyektlərin açılışlarında iştirak etmişəm. Əvvəlki dövrdə Muğam Mərkəzi, Olimpiya İdman Kompleksi, Diaqnostika Mərkəzi tikilmişdir. Yəni, Füzuli rayonunun inkişafı üçün bütün lazımi tədbirlər görülür. Beş il bundan əvvəl Horadiz qəsəbəsinə şəhər statusu verilmişdir və bu gün Horadiz uğurla inkişaf edir" Prezident qeyd edib.

İlham Əliyev bildirib ki, növbəti illərdə Füzuli rayonunun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək.

"Erməni vəhşiləri tərəfindən dağılmış evlərin bərpası məsələsi də vardır. Bu gün bu barədə məsələ qaldırıldı. Bu məsələ də öz həllini tapacaqdır. Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün əlavə tədbirlər görüləcəkdir.
Yeni stansiyanın işə salınması əslində Azərbaycanda bu sahədə görülən işlərin təzahürüdür. Çünki son illər ərzində ölkəmizdə elektrik enerjisi ilə bağlı bütün məsələlər yüksək səviyyədə öz həllini tapmışdır. 1500 meqavat yeni güclər yaradılmış və beləliklə, Azərbaycan öz enerji təhlükəsizliyi məsələlərini tam şəkildə həll etmişdir.
Əvvəllər biz elektrik enerjisini idxal edirdik. İndi isə biz qonşu ölkələrə - Türkiyəyə, Gürcüstana, İrana, Rusiyaya elektrik enerjisini ixrac edirik. Yəni, biz bu sahədə ciddi dönüş yarada bilmişik. Bu gün bütün bölgələrdə elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Yeni tikilən və tikilməkdə olan stansiyalar bizə imkan verəcək ki, bu sahədə əldə edilmiş uğurları artıraq.
Hazırda ölkəmizin cənubunda "Cənub" elektrik stansiyasının tikintisi davam edir. Bakıda "Şimal-2" elektrik stansiyasının tikintisi davam edir. Bu iki stansiyanın toplam gücü 1200 meqavatdan artıqdır. Yəni, biz bütün bu planları elə qururuq ki, gələcəkdə də Azərbaycan enerji təhlükəsizliyi məsələlərində daim öz sözünü dünyada deyə bilsin" dövlət başçısı çıxışında bildirib.

Prezidentin sözlərinə görə, bu gün Azərbaycanda bu sahədəki icra edilən layihələr nəinki ölkəmiz, regionumuz üçün, eyni zamanda, Avropa üçün də çox böyük əhəmiyyət daşıyır.

"Bütün sahələrdə olduğu kimi, iqtisadiyyat və sosial məsələlərin həlli üçün vacib olan enerji təhlükəsizliyi məsələləri də yüksək səviyyədə həll edilir. Bu stansiya bunun gözəl nümunəsidir.
Bu stansiya ekoloji cəhətdən də çox sərfəlidir. Bildiyiniz kimi, son illər ərzində Azərbaycanda bütün stansiyalar ya qaz ilə, ya da su mənbəyi hesabına fəaliyyət göstərir. Biz artıq mazutdan istifadə etmirik və beləliklə, ölkəmizin ekoloji vəziyyətini də yaxşılaşdırırıq. Ancaq iqtisadiyyat artır, tələbat artır, əhalinin sayı artır. Beləliklə, elektrik enerjisinə olan tələbat artacaq və yenə qeyd etmək istəyirəm ki, biz yeni stansiyaların tikintisi ilə məşğuluq. Hazırda bərpa olunan elektrik enerjisinin yaradılması ön plandadır və bu sahədə su, külək, günəş stansiyalarının tikintisi nəzərdə tutulur.
İqtisadi artım, əlbəttə, tələb edir ki, biz iqtisadiyyatı sürətləndirmək üçün əlavə tədbirlər görək. Çünki Azərbaycanda son illər ərzində əldə edilmiş iqtisadi uğurlar, yeni yaranmış müəssisələr, infrastruktur layihələrinin həyata keçirilməsi, əlbəttə ki, ölkəmizi böyük dərəcədə qabağa aparmışdır. İqtisadi sahədə əldə edilmiş uğurlar bizə imkan verir ki, sosial məsələləri də uğurla həll edək. Çünki bu iki məsələ bir-biri ilə sıx bağlıdır.
Bütün beynəlxalq kredit reytinqləri böhranlı illərdə Azərbaycanın iqtisadi göstəricilərini yüksək qiymətləndirirlər, iqtisadiyyatımız rəqabət qabiliyyətli, dayanıqlı iqtisadiyyatdır. Biz iqtisadi siyasətdə ancaq daxili imkanlara arxalanırıq. Bizi bəzi başqa ölkələrdən fərqləndirən cəhət məhz ondan ibarətdir ki, xarici dövlət borcumuz çox aşağı səviyyədədir. Biz yalnız Azərbaycanın daxili imkanlarını səfərbər edərək öz iqtisadi gələcəyimizi qururuq. Bu sahədə, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılmış addımlar bizə imkan verir ki, bu gün iqtisadiyyat enerji sektorundan daha az asılı olsun" İlham Əliyev nitqində söyləyib.

Prezident qeyd edib ki, artıq 2012-ci il başa çatır.

"Bu ilin yekunları da bunu göstərir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faizə yaxın artıb. Bu da dünya miqyasında, xüsusilə, böhranlı illərdə çox yüksək göstəricidir.
Növbəti illərdə bu gün icra edilən layihələrin başa çatması və yeni layihələrin icra edilməsi nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Mən bu məsələ ilə bağlı artıq əvvəlki dövrlərdə fikirlərimi kifayət qədər geniş şəkildə bildirmişəm. İqtisadi cəhətdən inkişaf etmiş ölkəyə çevrilmək üçün, əlbəttə ki, bölgələrin inkişafı lazımdır. Biz son illər ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bu istiqamətdə də böyük nailiyyətlərə çata bilmişik. İşsizlik azalıb. Yoxsulluq böyük dərəcədə - beş dəfə azalmışdır. Bu gün Azərbaycana xaricdən işləmək üçün gələnlərin sayı artır və bu məqsədlə vaxtilə Miqrasiya Xidmətini yaratdıq ki, əmək resurslarının səmərəli şəkildə tənzimlənməsi üçün bizdə işlək mexanizm olsun.
Növbəti illərdə Azərbaycanın uğurlu inkişafı heç kimdə şübhə doğurmur - nə ölkə əhalisində, nə beynəlxalq maliyyə qurumlarında. Bizim bütün iqtisadi proqnozlarımız çox müsbət və çox təsirlidir. Əlbəttə, hər birimiz çalışmalıyıq ki, ölkəmizi daha da inkişaf etdirək, gözəlləşdirək. Xüsusilə, bölgələrdə abadlıq-quruculuq işləri daha da sürətlə getməlidir. Biz bu inkişafı Füzuli rayonunun timsalında görürük. Mən çox şadam ki, son iki il ərzində rayonda böyük dəyişikliklər baş vermişdir. Mən yenə qeyd etmək istəyirəm ki, Prezident kimi dördüncü dəfədir Füzuliyə səfər edirəm. Son səfərimdən sonra keçən dövr, doğrudan da Füzuli rayonu üçün çox böyük uğurlarla zəngin olan bir dövr olmuşdur. Qısa müddət ərzində böyük işlər görülmüş, parklar salınmış, yeni sənaye müəssisələri yaradılmışdır. Abadlıq işləri görülür və bu, məni çox sevindirir. Çünki Füzuli rayonu ölkəmiz üçün çox böyük əhəmiyyətə malik olan bir diyardır. Füzulililər bütün dövrlərdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində öz rolunu oynamışlar. Müharibə dövründə böyük qəhrəmanlıq göstərmişlər" Prezident vurğulyıb.

Dövlət başçısı xatırladıb ki, Ulu öndər Heydər Əliyev Füzuliyə daim böyük diqqət göstərmişdir - həm 1970-ci illərdə Azərbaycanda rəhbərlik edəndə, eyni zamanda, müstəqillik dövründə.

"Məhz onun rəhbərliyi ilə Füzulinin 22 kəndi işğalçılardan azad edilmişdir. Bu gün bu ərazilərdə həyat qaynayır, inkişaf edir. Füzulinin bərpası, işğaldan azad edilmiş torpaqların inkişafı, burada görülən işlər Azərbaycan dövlətinin gücünü göstərir. Onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra hazırda işğal altında olan bütün ərazilər də belə gözəl, abad yerlərə çevriləcəkdir. Bütün yaşayış məntəqələri, bütün kəndlər, o cümlədən Şuşa və Xankəndi şəhərləri Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra qurulacaq, yenidən tikiləcək və Azərbaycan vətəndaşları orada yaşayacaqlar. Hər birimiz öz işimizlə o tarixi günü yaxınlaşdırırıq. Çünki ölkəmizin artan qüdrəti, beynəlxalq nüfuzu, ölkədə gedən müsbət proseslər bizim gücümüzü artırır.
Bu gün Azərbaycan beynəlxalq müstəvidə söz sahibidir, böyük hörmətə malik olan ölkədir. Təsadüfi deyil ki, 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləmişdir və bu gün biz dünyanın ən mötəbər qurumunun - BMT Təhlükəsizlik Şurasının üzvüyük, bu təşkilatda çox fəal və uğurla fəaliyyət göstəririk.
Bu yaxınlarda biz Qoşulmama Hərəkatına üzv olduq və dərhal bu təşkilatın birinci zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox dəyərli qətnamə qəbul edildi. Orada göstərilir ki, bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Yəni, bizim beynəlxalq nüfuzumuz, iqtisadi gücümüz artır, hərbi potensialımız da artır.
Ermənistana gəldikdə isə, onların işğalçı siyasəti özlərini ağır vəziyyətə salmışdır. Onların rəsmi statistik məlumatlarına görə, hər il yüz mindən artıq vətəndaş bu ölkəni tərk edir. Ümidsizlik, özbaşınalıq, səfalət və iqtisadi tənəzzül - bunlardır Ermənistanı başqa ölkələrdən fərqləndirən əlamətlər. Azərbaycan isə inkişaf edir və bizdə olan inkişaf uzunmüddətlidir, dayanıqlıdır. Bir daha demək istəyirəm ki, görülən tədbirlər nəticəsində bu gün Azərbaycan bölgənin aparıcı ölkəsinə çevrilibdir. İllər keçdikcə Ermənistan ilə Azərbaycan arasındakı fərq dərinləşəcək - həm iqtisadi, həm hərbi və həm də demoqrafik sahədə. Bizim əhalinin sayı artır, Ermənistanda isə əhali azalır" İlham Əliyev çıxışında deyib.

Prezidentin sözlərinə görə, o heç şübhə etmir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir.

"Bunu deməyə bir neçə əsas amil var - iqtisadi imkanlar, beynəlxalq mövqeyimiz, beynəlxalq hüquq normaları və Azərbaycan Ordusunun qüdrəti. Mən əminəm və bir daha demək istəyirəm ki, işğala son qoyulandan sonra hazırda işğal altında olan bütün torpaqlar gözəlləşəcək, orada abadlıq işləri aparılacaq, yeni müəssisələr yaradılacaqdır. Biz öz tarixi və dini abidələrimizi bərpa edəcəyik. Erməni faşizminin, erməni vəhşiliyinin törətdiyi cinayətlərin fəsadlarını aradan qaldıracağıq. Ölkəmiz uğurla inkişaf edəcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu etmək üçün biz bütün sahələrdə daha da fəal olmalıyıq. İlk növbədə ölkə daxilində proseslər müsbət istiqamətdə gedir və getməlidir" dövlət başçısı bildirib.

Prezident çıxışının sonunda deyib:

"Mən bir daha bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm. Füzulidə son illər ərzində görülən işlərlə bağlı sizi təbrik etmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, mən Prezident kimi bundan sonra da Füzuli rayonunun inkişafı ilə bağlı səylərimi göstərəcəyəm. Daim bu məsələ diqqət mərkəzində olacaqdır. Biz hələ çox-çox görüşəcəyik, çünki Füzulidə gələcəkdə böyük işlər görüləcək, böyük açılışlar olacaqdır. Bir daha sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram".

Bununla da Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri başa çatdı.

Şəkidə yeni dağ gəzinti marşrutları istifadəyə verilib (FOTO)
Şəkidə yeni dağ gəzinti marşrutları istifadəyə verilib (FOTO)
Bayram günlərində hotellərdə monitorinqlər gücləndiriləcək
Bayram günlərində hotellərdə monitorinqlər gücləndiriləcək
Parlament turizmlə bağlı yeni cərimələri son oxunuşda təsdiqləyib
Parlament turizmlə bağlı yeni cərimələri son oxunuşda təsdiqləyib
Loading Bars
Xəbər lenti
ÜST koronavirus pandemiyasının Avropada tezliklə bitəcəyini ehtimal edib
Azərbaycanda sərhəd risklərinin idarəolunması sisteminin modul layihəsi hazırlanıb
Riskli əməliyyatlar üzrə büdcəyə 11 milyon manata yaxın vəsait ödənilib - Səfər Mehdiyev
XİF Mal Nomenklaturası üzrə ötən il sistemə 44 yeni risk profili əlavə edilib - DGK
Malidəki hərbi bazaya hücum nəticəsində fransız hərbçi həlak olub
İşğaldan azad edilmiş ərazilərə bu gündən müntəzəm avtobus reysləri başlayır
Çexiyada quş qripinə yoluxma faktları qeydı alınıb
Brüsseldə etirazçılarla polis arasında toqquşma baş verib
Ermənistan prezidentinin səlahiyyətlərini parlament sədri həyata keçirəcək
Ağstafada yol qəzası nəticəsində "BMW" yanıb
ÜST "omicron"-dan daha yoluxucu ştammların meydana çıxmasını istisna etmir
Azərbaycana pakistanlı iş adamlarından ibarət heyətin səfəri təşkil olunacaq (FOTO)
Göygöldə yük avtomobili yanıb
İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edəcək
Ermənistan prezidenti istefa verib
Biləsuvarda çay evində yanğın olub
Yaponiya və ABŞ nüvə aviadaşıyıcılarının iştirakı ilə birgə təlimlər keçiriblər
Kamerunda gecə klubunda yanğın olub, 16 nəfər ölüb
Bakıda qanunsuz parklanmaya qarşı tədbirlər həyata keçiriləcək
Sumqayıtda yataqxana binasında yanğın olub
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 697 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Bayraktar Akıncı PUA-larının tədarükü üzrə ilk müqavilə imzalanıb
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı keçirilib
Pekin Olimpiadasına gələn 72 nəfərdə koronavirus aşkarlanıb
Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib (FOTO/VİDEO)
İraq qüvvələri İŞİD-ə qarşı genişmiqyaslı əməliyyata başlayıblar
Burkina-Fasoda iki hərbi düşərgədə atışma olub
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib (VİDEO)
İranda daha 28 nəfər koronavirusdan ölüb
Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib
Rusiyada ötən sutka ərzində koronavirusa 63 205 nəfər yoluxub
Sabah Ağdama iki avtobus reysi təşkil olunacaq - Biletlər artıq satışda
Bosfor boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb
Gürcüstanda koronavirusa daha 9 696 nəfər yoluxub, 28 nəfər ölüb
Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb
Dünyada koronavirusa yoluxanların sayı 349 milyonu ötüb
Balakəndə birmərtəbəli tikili yanıb, ölən var
Zaqatalada məişət tullantılarını urnalardan kənara atanlar cərimələnib
İstanbulda avtobus dərəyə aşıb, ölənlər və yaralananlar var
Masallıda qanunsuz ov edən şəxs saxlanılıb
Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir (VİDEO)
Qara dənizdə 700 ton mazut daşıyan tankerdə yanğın olub
Qubada evdə kişi meyiti tapılıb
Bakıda vaqon yanıb
Türkiyədə avtobus maneəyə çırpılıb, çox sayda xəsarət alan var
Yeni Zelandiya hökuməti “omikron” ştamına görə maksimum həyəcan səviyyəsi elan edib
Dövlət tərəfindən görülən tədbirlər süni qiymət artımının qarşısını alır - TƏHLİL
Yaponiyanın Fukusima-1 AES-də sızıntı qeydə alınıb
Türkiyədə ötən sutka koronavirusa 72 mindən artıq yoluxma qeydə alınıb
"TikTok"un işində fasilələr yaranıb
Peruda neft dağılan ərazilərdə fövqəladə vəziyyət elan edilib
"Lamborghini" şirkəti "Aventador" modelinin varisini təqdim edəcək
Berluskoni İtaliya prezidentliyinə namizəd olmamaq qərarına gəlib
Enerji məsələləri üzrə Avropa komissarı Azərbaycana səfər edəcək
Türkiyə növbəti "3+3" formatında görüşə ev sahibliyi etməyi planşdırır - Ərdoğan
Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib
Azərbaycanlı musiqiçi intihar etdi
İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Sauthempton"la heç-heçə edib
İran Türkiyə ilə uzunmüddətli əlaqələri qurmaq istəyir - Rəisi
Türkiyə Silahlı Qüvvələri 10 PKK terrorçusunu zərərsizləşdirib
Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb
ABŞ Ukraynadan diplomatların təxliyəsinin başlama tarixini açıqlayıb
Azərbaycan Ordusunun hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olub
“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov liderliyini davam etdirir
Bərdədə 32 yaşlı kişi güllələnib
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb
Qeyri-neft sektorunda rekord göstəricilər - Azərbaycanın iqtisadi strategiyasının uğurunun sirri nədir?
Əfqanıstanda partlayış olub, ölənlər var
"Bitcoin" 2021-ci ilin iyul ayından bəri ilk dəfə 34,2 min dollardan aşağı satılıb
Gömrük Akademiyası növbəti ISO standartı üzrə audit prosesindən uğurla keçib
Ankaradakı Azərbaycan Evində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib (FOTO)
Yasamalın bu hissəsi tullantılardan təmizlənib
Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb
Ötən il Azərbaycana gələn turistlərin sayı açıqlanıb
Deputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 614 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Azərbaycan vətəndaşları əsasən bu ölkələrə səfər edib
Bakıda 2 narkotacir və 4 narkokuryer saxlanılıb (VİDEO)
Karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub
Pakistan sahillərində iki qayıq toqquşub, 30-dan çox itkin var
Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul etdi
Komando hərbi hissəsində təlim məşqləri keçirilib (VİDEO)
Bakıda polisin üstünə avtomobil sürərək qaçmaq istəyən narkotacir saxlanıldı (FOTO/VİDEO)
İranda daha 30 nəfər koronavirusdan ölüb
DSX əsgərinin intiharı ilə bağlı cinayət işi başlandı
Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)
Son bir ildə 114 uşaq övladlığa verilib
Mingəçevir Dövlət Universitetində imtahan sessiyası uğurla davam edir
DSX-nin Hərbi Hospitalında hərbçi intihar edib
Nərimanovda bina yanır (VİDEO)
Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasını müzakirə edib
Dəm qazı zəhərlənmələrinə qarşı qanunvericilik təkmilləşdirilir
Ötən il Bakıda 50 qəsdən adamöldürmə hadisəsi baş verib - Şəhər prokurorluğu
Rusiyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb
Bakıda tikilməkdə olan binada başlayan yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı Birgə Texniki Komissiyanın növbəti iclası keçirilib
Bakı şəhər prokurorluğunun 14 əməkdaşı cəzalandırılıb
Ötən il Bakıda 6500-ə yaxın cinayət işinin istintaqı tamamlanıb
Bütün xəbərlər