...

Azərbaycanın xarici işlər naziri Brüsselə səfər edəcək

Siyasət Materials 16 Dekabr 2012 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Dekabrın 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan - Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının 13-cü iclasında iştirak etmək məqsədi ilə Brüssel şəhərinə səfər edəcək.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Aİ Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı Stefan Füle, Kipr Respublikasının Xarici İşlər Naziri Erato Kozaku-Markulis ilə görüşlərin keçirilməsi, həmçinin, Azərbaycan - Aİ arasındakı münasibətlərin bütün aspektləri, o cümlədən siyasi, iqtisadi və humanitar məsələlər haqda müzakirələrin aparılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti