Azərbaycan, Bakı, 17 dekabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 17-də Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanovu qəbul edib.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi.