...

Nazim İbrahimov: Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılması məsələsinə münasibətimiz mənfidir

Siyasət Materials 28 Dekabr 2012 12:52 (UTC +04:00)
Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılması məsələsinə münasibətimiz mənfidir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.
Nazim İbrahimov: Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılması məsələsinə münasibətimiz mənfidir

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir E.Mehdiyev/

Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılması məsələsinə münasibətimiz mənfidir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

İbrahimov bildirib ki, bu kimi təşkilatları Rusiyada olan ümumrusiya azərbaycanlılarının birliyinə zərər gətirə biləcək amil kimi dəyərləndiririk.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan dövləti dünyada diaspor hərəkatının formalaşması, onun strukturlaşmasına cox ciddi fikir verir.

"Bu, böyük bir strateji işdir və hər zaman hər hansı dövlətdə müəyyən təşkilatların yaranmasına, yaxud onların istiqamətlənməsinə xüsusi individual diqqət yetiririk. Hər birinə də olan diqqətimiz fərqlidir. Ola bilər ki, hər hansı dövlətdə bir və ya bir neçə təşkilatın yaranmasını alqışlayırıq. Başqa bir dövlətdə isə həmin təşkilatların yaranması Azərtbaycan diasporuna ziyan gətirə bilər, ona görə də mənfi münasibət bəsləyirik. Rusiyada da yaranmaq istəyən, hələlik bir fəaliyyəti olmayan bir təşkilata da öz mənfi münasibətimizi bildirmişik. Bu prosesə biz əvvəldən mənfi münasibət bildirmişdik və hesab edirdik ki, hər hansı azərbaycanlı doğrudan da Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmət etmək istəyirsə və yaxud yaşadığı ölkədə bu ölkənin layiqli bir vətəndaşı olaraq, ölkələrmiz arasındakı münasibətlərin inkişafını istəyirsə, mövcud təşkilatların birində çalışa bilər, həmin təşkilatın işini gücləndirə bilər", - İbrahimov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti