...

Küveytdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Siyasət Materials 30 Dekabr 2012 12:21 (UTC +04:00)
Azərbaycanın Küveyt Dövlətindəki səfirliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, həmçinin Yeni - 2013-cü il münasibətilə bu ölkədə yaşayan və işləyən Azərbaycan vətəndaşları, eyni zamanda, Küveyt ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Küveytdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Küveyt Dövlətindəki səfirliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, həmçinin Yeni - 2013-cü il münasibətilə bu ölkədə yaşayan və işləyən Azərbaycan vətəndaşları, eyni zamanda, Küveyt ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə səfir Tural Rzayev çıxış edərək, iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciəti ilə tanış edib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş daxili və xarici siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində müasir Azərbaycanda əldə olunmuş sabit siyasi və ictimai durum, ardıcıl olaraq həyata keçirilən sosial-iqtisadi islahatlar, ölkəmizin elmi-texniki potensialı, inkişaf etmiş iqtisadiyyatı, gənclər və idman siyasəti, turizm imkanları, münasib investisiya mühiti, neft strategiyası, ümumiyyətlə bütün sahələrdə yüksələn xətt üzrə davamlı inkişaf barədə geniş məlumat verib, 2012-ci il ərzində ölkəmizin əldə etdiyi uğurlardan danışıb.

Daha sonra 2012-ci il ərzində səfirliyin fəaliyyəti, həmçinin 2013-ci ildə həyata keçirilməsi nəzərdə tutulan planlar barədə iştirakçılara məlumat verilib.

Rəsmi hissədən sonra 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ziyafət verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti