...

Allahşükür Paşazadə Gürcüstan patriarxına həsr olunmuş tədbirlərdə iştirak edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 3 Yanvar 2013 11:05 (UTC +04:00)
QMİ sədri Gürcüstan katolikos-patriarxı II İlianın intronizasiyasının 35 iliyi və anadan olmasının 80 illiyi ilə əlaqədar Tbilisiyə səfər edir. Bu barədə cümə axşamı Trend-ə Gürcüstan Patriarxlığından bildiriblər.
Allahşükür Paşazadə Gürcüstan patriarxına həsr olunmuş tədbirlərdə iştirak edəcək (ƏLAVƏ OLUNUB)

Gürcüstan, Tbilisi, 3 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Tbilisidə səfərdədir.

QMİ sədrinin səfərində məqsəd Gürcüstan katolikos-patriarxı II İlianın intronizasiyasının 35 iliyi və anadan olmasının 80 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etməkdir. Bu barədə cümə axşamı Trend-ə Gürcüstan Patriarxlığından bildiriblər.

Patriarxın katibi ata Georgi Zviadadze jurnalistlərə deyib ki, bu səfər gürcü və müsəlman dindarlar arasında dostluq münasibətlərinin və bütün Qafqazın şeyxinin Gürcüstan patriarxına şəxsi hörmətinin təsdiqidir.

Gürcüstan patriarxının ad günü ilə əlaqədar təntənəli mərasimlərin yanvarın 4-də keçirilməsi nəzərdə tutulub.

II İlia saat 12:00-da Tbilisidəki Sioni kilsəsində bayram ayinini həyata keçirəcək, saat 18:30-da isə Dövlət Filarmoniyasında Gürcüstan opera və estrada ulduzlarının iştirakı ilə böyük konsert təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti