...

Azərbaycan və Qazaxıstan birgə böyük layihələrin reallaşdırılmasının astanasındadır - səfir

Siyasət Materials 9 Yanvar 2013 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Bütün əvvəlki illər kimi ötən il də Azərbaycanla Qazaxıstan arasında əlaqələrin inkişafı və möhkəmlənməsi nöqteyi-nəzərindən zəngin və məhsuldar olub. Azərbaycanın bu ölkədəki səfiri Zakir Həşimov belə hesab edir.

"2012-ci il dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 20 illik yubileyi ilə yadda qaldı. Münasibətlər dinamik inkişaf edir, strateji və tərəfdaş əlaqələr kimi səciyyələnir", - Trend-in məlumatına görə, diplomat Qazaxıstanın "Liter" qəzetinə müsahibəsində vurğulayıb.

Həşimov qeyd edib ki, 2012-ci ildə iki ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlıq nəzərəçarpacaq dərəcədə fəallaşıb. Bir çox illər ərzində ilk dəfə olaraq qarşılıqlı Mədəniyyət günləri keçirildi.

"Keçən il, həmçinin rəsmi şəxslərin bir çox qarşılıqlı səfərləri baş tutdu. Bakıda yükdaşımalar daxil olmaqla, Xəzər dənizi üzrə bütün problemli məsələlərin həll edildiyi hökumətlərarası komissiyaların növbəti iclas keçirildi. Buna görə mən inamla deyə bilərəm ki, əməkdaşlığımızın inkişafı üçün böyük maneə yoxdur", - səfir qeyd edib.

Diplomatın sözlərinə görə, hər iki ölkə bu gün birgə böyük layihələrin reallaşdırılmasının astanasındadır. Biz "Kaşağan" yatağında neft hasilatına başlanılması ilə Qazaxıstanla Azərbaycan arasında əmtəə dövriyyəsinin əhəmiyyətli artımını gözləyirik.

Səfir bildirib ki, burada əldə edilən neft Qazaxıstanın Xəzər Nəqletmə Sistemi birgə layihəsi, daha sonra Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsi ilə beynəlxalq bazarlara çıxarılacaq.

"Bundan başqa, Qazaxıstan yükləri tranzitlə yeni Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycandan keçə bilər. Burada söhbət yalnız neft və ya buğdadan deyil, həm də xalq istehlakı mallarından gedir", - Həşimov deyib.

Diplomat hesab edir ki, bu il iki ölkənin münasibətlərinin inkişafına yeni təkan verəcək.

"Belə ki, bu il biz Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin və xarici işlər naziri Yerlan İdrisovun Bakıya rəsmi səfərlərini gözləyirik. Məlum olduğu kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti, III sammiti də bu il Azərbaycanda keçirilməlidir. Və biz ümid edirik ki, Qazaxıstan Prezidenti sammitdə iştirak edəcək. Dünya və ənənəvi dinlərin liderlərinin Qurultayının onilliyinin bayram edilməsi çərçivəsində bu ilin mayında Qazaxıstan parlamentinin senatının sədri Kayrat Maminin başçılığı ilə nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır", - səfir əlavə edib.

Gələcək tədbirlərin siyahısında, Həşimov həmçinin Astanada xarici işlər nazirlərinin müavinləri səviyyəsində XİN-lərarası məsləhətləşmələrin, habelə Qazaxıstan və Azərbaycan arasında müqavilə-hüquq bazasının inventarlaşdırılması məsələləri üzrə növbəti görüşü qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti