...

Azərbaycanın hakim partiyası Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün keçirilən imzatoplama kampaniyasına münasibət bildirib

Siyasət Materials 9 Yanvar 2013 15:31 (UTC +04:00)
Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün keçirilən imzatoplama kampaniyası bəhanədən başqa bir şey deyil. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı YAP-ın rəsmi saytına müsahibəsində deyib.
Azərbaycanın hakim partiyası Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün keçirilən imzatoplama kampaniyasına münasibət bildirib

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir M.Əliyev/

Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün keçirilən imzatoplama kampaniyası bəhanədən başqa bir şey deyil. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı YAP-ın rəsmi saytına müsahibəsində deyib.

"Ermənistanın sosial-iqtisadi vəziyyəti çox ağırdır. Buna görə də erməni lobbisi müxtəlif vasitələrlə Türkiyə-Ermənistan sərhədlərinin açılmasına çalışır. Bununla da təcavüzkar Ermənistana ikinci nəfəs vermək istəyirlər. Ağ Evin veb səhifəsində sərhədlərin Suriya qaçqınlarına açılması məqsədilə keçirilən imzatoplama kampaniyası da bu məqsədlərin həyata keçirilməsi üçün bəhanədən başqa bir şey deyil", - Qurbanlı deyib.

Onun sözlərinə görə, əgər Suriya ermənilərinin Ermənistana gətirilməsi məsələsi gündəmdə varsa, bunu Türkiyə üzərindən deyil, başqa yollarla da etmək mümkündür.

"Amma bu təşəbbüslərin həqiqi mahiyyəti, sadəcə, Suriya ermənilərinin Ermənistana gətirilməsi adı altında Türkiyə ilə sərhədləri müvəqqəti açmağa nail olmaqdır. Bunun davamı olaraq isə sonra bütövlükdə Ermənistanı iqtisadi cəhətdən xilas etmək məqsədilə işğalçı dövlətlə sərhədləri birdəfəlik açması üçün Türkiyəyə təzyiqlərin ediləcəyi gözləniləndir. Bu mənada, Ağ Evin veb saytında keçirilən imzatoplama kampaniyasının arxasında ABŞ-dakı erməni dairələri, lobbisi və işğalçı dövləti himayə edən digər qüvvələr dayanır", - o deyib.

Deputat hesab edir ki, Ermənistanla Türkiyənin sərhədləri açılmamalıdır.

"Digər tərəfdən, belə bir variant varsa, ABŞ-dakı erməni lobbisi Suriya ermənilərinin bu ölkədən çıxarılması üçün cəhdlər edirsə, bu prosesin Türkiyə üzərindən həyata keçirilməsi vacib deyil. Görünən odur ki, burada məqsəd başqadır. İndiki şəraitdə Türkiyə-Ermənistan sərhədlərinin açılması təcavüzkara dəstək kimi dəyərləndiriləcək", - deputat deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti