...

Barak Obama ABŞ və Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsini arzulayır

Siyasət Materials 9 Yanvar 2013 19:10 (UTC +04:00)
Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Barak Obama ABŞ və Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsini arzulayır

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

"Göndərdiyiniz xoş təbrik məktubunuza görə Sizə minnətdarlığımı bildirirəm. Növbəti dörd il ərzində ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin davam etdirilməsini və daha da möhkəmləndirilməsini arzulayıram.

Əminəm ki, birgə səylərimiz nəticəsində dünyanın bir çox yerində üzləşdiyimiz çağırışların öhdəsindən uğurla gələcəyik. Bir daha xoş sözlərinizə görə təşəkkür edirəm", - ABŞ Prezidentinin məktubunda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti