Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qaziantep əyalətindəki suriyalı qaçqınların düşərgəsinə baş çəkmək niyyətindədir. Bu barədə Trend çərşənbə axşamı Anadolu agentliyinə istinadən məlumat verir.
Ərdoğan Qaziantepə səfəri zamanı suriyalı qaçqınların yaşayış şəraiti ilə maraqlanacaq. Bunadək Baş nazir Şanlıurfa əyalətindəki qaçqın düşərgəsində olub.
Qeyd edək ki, hazırda Türkiyə ərazisində 153 min suriyalı qaçqın var, onlar ölkənin 7 əyalətindəki 13 çadır düşərgəsində yerləşdirilib.