...

XİN: Suriya erməniləri Türkiyə ərazisindən Ermənistana keçiblər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 16 Yanvar 2013 15:08 (UTC +04:00)
Suriya ermənilərinin bir hissəsi Türkiyə ərazisindən istifadə etməklə Ermənistana keçib.
XİN: Suriya erməniləri Türkiyə ərazisindən Ermənistana keçiblər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir A.Tağıyeva/

Suriya ermənilərinin bir hissəsi Türkiyə ərazisindən istifadə etməklə Ermənistana keçib. Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Ağ Evin saytında suriyalı qaçqınların keçməsi üçün Türkiyənin Ermənistanla sərhədlərini şərtsiz açması ilə bağlı aparılan imzatoplama kampaniyasına cavab xarakterli məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, Türkiyə Suriyada xəsarət alanlara yardım zamanı dini, etnik və milli mənsubiyyətinə görə fərq qoymur.

Bundan əlavə, Türkiyə bu və ya digər xəsarət alan şəxslərə humanitar yardım göstərilməsinin miqyası, forması və şərtləri barədə məsələni özü həll edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti