...

Gəncəçay baş qurğusunda aparılan təmir-bərpa işləri yekunlaşdırılıb

Siyasət Materials 17 Yanvar 2013 01:45 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, daşma təhlükəsi olan çaylar sırasına daxil edilən Gəncəçayı bu ildən etibarən ərazi üçün heç bir təhlükə doğurmayacaq.
Gəncəçay baş qurğusunda aparılan təmir-bərpa işləri yekunlaşdırılıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, daşma təhlükəsi olan çaylar sırasına daxil edilən Gəncəçayı bu ildən etibarən ərazi üçün heç bir təhlükə doğurmayacaq. Çayın Göygöl rayon ərazisindən keçən hissəsində qurğu inşa olunub. 1950-ci ildən tikilən, lakin son zamanlarda baxımsızlıqdan bərbad vəziyyətə düşən Gəncəçay baş qurğusunda ötən ildən etibarən aparılan təmir-bərpa işləri yekunlaşdırılıb.

Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi Namaz Quliyevin bildirdiyinə görə, qurğu həm də çaydakı daşqınları tənzimləməklə yanaşı, çayın suyunu 2 hissəyə bölür. Belə ki, Göygöl, Samux rayonları və Gəncənin təsərrüfatlarının suvarılması üçün Gəncəçayın suyu bir neçə arxlara ötürülür.





Xəbər lenti

Xəbər lenti