...

Türkiyə 52 milyon avro dəyərində minatəmizləmə layihəsi həyata keçirir

Siyasət Materials 18 Yanvar 2013 17:33 (UTC +04:00)
Türkiyədə ölkənin şərq vilayətlərindəki ərazilərin minalardan təmizlənməsi üzrə 52 milyon avro dəyərində layihə həyata keçiriləcək.
Türkiyə 52 milyon avro dəyərində minatəmizləmə layihəsi həyata keçirir

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə ölkənin şərq vilayətlərindəki ərazilərin minalardan təmizlənməsi üzrə 52 milyon avro dəyərində layihə həyata keçiriləcək. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verilir.

Layihə Türkiyə hökuməti və Avropa Komissiyası tərəfindən maliyyələşdiriləcək. Layihə çərçivəsində Van, Ağrı və Qars vilayətlərində xidmət edən hərbi qulluqçular üçün əlavə təlimlər keçiriləcək. Bundan başqa, həmin vilayətlərdə minatəmizləmə əməliyyatları üçün avadanlıq təqdim olunacaq.

Agentliyin məlumatına görə, layihənin reallaşdırılması üçün ayrılan ümumi məbləğdən 39,4 milyon avronu Avropa İttifaqı təqdim edəcək. Yerdə qalan 13 milyon isə Türkiyə hökumətinin büdcəsindən ayrılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti