...

Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Siyasət Materials 22 Yanvar 2013 14:27 (UTC +04:00)
Nazirlikdən Trend-ə verilən məlumata görə, çərşənbə axşamı MSN-in dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Müdafiə Nazirliyinin və hərbi sənaye kompleksinə daxil olan qabaqcıl müəssisə və şirkətlərin səlahiyyətli nümayəndələri ilə görüş keçirilib.
Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İ.İzzət/

Müdafiə Sənayesi Nazirliyində (MSN) Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, çərşənbə axşamı MSN-in dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Müdafiə Nazirliyinin və hərbi sənaye kompleksinə daxil olan qabaqcıl müəssisə və şirkətlərin səlahiyyətli nümayəndələri ilə görüş keçirilib.

Görüşdə məqsəd iki ölkənin müvafiq qurumları arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsi və perspektivlərinin müzakirə edilməsi olub.

Yanvarın 25-dək Azərbaycanda olması planlaşdırılan nümayəndə heyətinin Müdafiə Sənayesi Nazirliyinin bir neçə müəssisəsində olacağı və istehsal prosesini yaxından izləyəcəyi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti