...

Azərbaycan Prezidenti İlham Əliyev Davosda ABŞ-ın “Booz&СO” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Siyasət Materials 23 Yanvar 2013 12:39 (UTC +04:00)
Yanvarın 23-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın qlobal layihələr üzrə tanınmış konsaltinq şirkəti “Booz&СO”nun baş icraçı direktoru Çeraze Maynardi ilə görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev Davosda ABŞ-ın “Booz&СO” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Yanvarın 23-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın qlobal layihələr üzrə tanınmış konsaltinq şirkəti "Booz&СO"nun baş icraçı direktoru Çeraze Maynardi ilə görüşü olub.

Görüşdə "Booz&СO" şirkətinin baş icraçı direktoru Çeraze Maynardi Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafının dövlət tərəfindən dəstəklənməsini yüksək qiymətləndirdi. Azərbaycanda həyata keçirilən genişzolaqlı internet strategiyası və yüksək texnologiyalar parkının yaradılması ilə bağlı layihələrin əhəmiyyətini vurğuladı, bu sahədə artıq işlərin başlanmasından məmnunluğunu ifadə etdi.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə neftdən əldə olunan gəlirlərin bir hissəsinin yüksək texnologiyaların inkişafına yönəldildiyini vurğulayaraq informasiya-kommunikasiya texnologiyaları sahəsində özəl sektorun iştirakının daha da genişləndirilməsinin önəmini qeyd etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti