...

Prezident İlham Əliyev “Total” şirkətinin rəhbəri ilə görüşüb (FOTO)

Siyasət Materials 24 Yanvar 2013 00:02 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda “Total” şirkətinin rəhbəri Kristof de Marjeri ilə görüşü olmuşdur.
Prezident İlham Əliyev “Total” şirkətinin rəhbəri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda "Total" şirkətinin rəhbəri Kristof de Marjeri ilə görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə "Total" arasında uzun illərdir davam edən əməkdaşlıqdan məmnunluq ifadə olundu. "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının işlənməsində Azərbaycan ilə "Total" şirkətinin əməkdaşlığının uğurla davam etdiyi bildirildi.

İkitərəfli əməkdaşlığın Azərbaycan-Fransa iqtisadi əlaqələrinin inkişafına da töhfə verdiyi vurğulandı.
Görüşdə "Total" şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti