...

Mübariz Qurbanlı: AŞ PA-da "siyasi məhbuslar"la bağlı hesabatın qəbul edilməməsi Azərbaycanın haqlı mübarizəsinin məntiqi nəticəsidir

Siyasət Materials 24 Yanvar 2013 18:00 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycanda "siyasi məhbuslar"la bağlı hesabatın qəbul edilməməsi ədalətin təntənəsidir. Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı YAP-ın rəsmi saytına deyib.
Mübariz Qurbanlı: AŞ PA-da "siyasi məhbuslar"la bağlı hesabatın qəbul edilməməsi Azərbaycanın haqlı mübarizəsinin məntiqi nəticəsidir

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.Mehdiyev/

Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycanda "siyasi məhbuslar"la bağlı hesabatın qəbul edilməməsi ədalətin təntənəsidir. Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı YAP-ın rəsmi saytına deyib.

O qeyd edib ki, bu hadisə, həmçinin Azərbaycanın haqlı mübarizəsinin məntiqi nəticəsidir.

Qurbanlı bildirib ki, Kristofer Ştrasser anti-Azərbaycan qüvvələrin əlində alətdir və həmin qərəzli hesabatın hazırlanmasında məqsəd ölkəmizin imicinə zərbə vurmaq olub.

Onun sözlərinə görə, bəzi qüvvələr "siyasi məhbus" məsələsindən Azərbaycana qarşı təzyiq göstərməyə çalışıblar. Amma Azərbaycan dövlətinin, cəmiyyətimizin sağlam qüvvələrinin prinsipial mövqeyi nəticəsində bu tipli təsir və təzyiqlər dəf edilib.

"Ölkəmiz hər bir sahədə nailiyyətlər əldə etiməkdədir və bütün bunlar bizim müstəqilliyimizi möhkəmləndirən amillərdir. Azərbaycan beynəlxalq müstəvidə də ciddi nailiyyətlər əldə etməkdədir. Demək olar ki, ildən-ilə ölkəmizin xarici dövlətlərlə əlaqələrinin əhatə dairəsi daha da genişlənir və bu amil də beynəlxalq müstəvidə Azərbaycanın nüfuzunun artmasında vacib rol oynayır", - Qurbanlı vurğulayıb.

O qeyd edib ki, təbii ki, bu fakt işğalçı Ermənistanı və onu himayə edən beynəlxalq gücləri, erməni lobbisini narahat etməyə bilməz. Məhz bu səbəbdən də vaxtaşırı olaraq ölkəmiz haqqında obyekivlikdən kənar məlumatlar dövriyyəyə buraxılır.

YAP icra katibinin müavini bildirib ki, "siyasi məhbus" məsələsi də bunun tərkib hissəsidir.

"Amma dediyim kimi, Azərbaycan dövləti bu cür cəhdlərə qarşı lazımi cavablar verir, AŞ PA-dakı nümayəndə heyətimiz ölkəmizin mövqeyini kifayət qədər güclü müdafiə edir. Eyni zamanda, hesab edirəm ki, AŞ PA-da təmsil olunan digər ölkələrin parlamentariləri həmin hesabatın əleyhinə səs verməklə haqqı və ədaləti dəstəklədilər", - Qurbanlı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti