...

ABŞ konqresmenlərinin qərargah rəhbərləri Azərbaycanın hakim partiyasının nümayəndələri ilə görüşüb

Siyasət Materials 28 Yanvar 2013 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir M.Əliyev/

ABŞ konqresmenlərinin qərargah rəhbərlərindən ibarət nümayəndə heyətinin üzvləri Hakim Yeni Azərbaycan Partiyasında (YAP) partiyanın icra katibinin müavinləri ilə görüşüblər.

Trend YAP-ın rəsmi saytına istinadən məlumat verir ki, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı ilə görüşdə Azərbaycan-ABŞ münasibətlərinə dair fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, hər iki dövlət arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan ilə ABŞ arasında siyasi, iqtisadi və digər sahələrdə münasibətlər mövcuddur. Eyni zamanda, Azərbaycanın antiterror koalisiyası çərçivəsində fəal əməkdaşlıq etməsi xüsusilə yüksək qiymətləndirilib. Görüşdə həmçinin, parlamentlərarası əlaqələrin genişləndirilməsinin də zəruriliyi qeyd edilib.

Nümayəndə heyətinin üzvləri Azərbaycanda seçki sistemi, siyasi partiyaların fəaliyyəti, parlamentdə siyasi partiyaların təmsilçiliyi, YAP-ın ideoloji-siyasi xətti ilə maraqlanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti