...

Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyası yaradılıb

Siyasət Materials 29 Yanvar 2013 18:54
Daxili İşlər Nazirliyinin Türkiyə Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Bekir Kalyoncu, Azərbaycan daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov və Qırğızıstan DİN Daxili Qoşunlarının komandanı, polkovnik Sovetbek Arbayevin iştirakı ilə Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının (üzv ölkələrin rəsmi adlarının baş hərfləri ilə TAKM) yaradılmasına həsr olunmuş şura iclası keçirilib.
Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyası yaradılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Daxili İşlər Nazirliyinin Türkiyə Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Bekir Kalyoncu, Azərbaycan daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov və Qırğızıstan DİN Daxili Qoşunlarının komandanı, polkovnik Sovetbek Arbayevin iştirakı ilə Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının (üzv ölkələrin rəsmi adlarının baş hərfləri ilə TAKM) yaradılmasına həsr olunmuş şura iclası keçirilib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilöən məlumata görə, mərasimdə iştirak edən Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbir iştirakçılarını salamlayıb, qarşıda duran vəzifələrin həllində əməkdaşlığın müstəsna rol oynadığını vurğulayıb. Nazir Azərbaycanda bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da çox böyük işlər görüldüyünü, önəmli uğurlar əldə edildiyini, ölkəmizin regionun lider dövlətinə çevrildiyini nəzərə çatdıraraq, bu inkişafın təməlində ilk növbədə iqtisadi sahədə qazanılan nailiyyətlərin dayandığını bildirib.

Daxili Qoşunlar komandanı, general-leytenant Zakir Həsənov çıxış edərək Assosiasiyanın yaradılması ilə bağlı son iki ildə aparılmış səmərəli işlər barədə geniş məlumat verib. Komandan yaradılacaq təşkilatın Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan respublikalarının müvafiq qurumları arasında əməkdaşlıq münasibətlərini genişləndirəcəyini, təlim-tədris prosesinin, hərbi qulluqçuların xidməti fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasına və qabaqcıl təcrübənin yayılmasına geniş imkanlar yaradacağını diqqətə çatdırıb.

Daha sonra Türkiyə Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Bekir Kalyoncu və Qırğızıstan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının komandanı, polkovnik Sovetbek Arbayev çıxış ediblər. Respublikamıza səfər etmələrindən məmnun olduqlarını qeyd edən qonaqlar aidiyyatı qurumlar arasında qarşılıqlı əlaqələrin daha da dərinləşəcəyinə əminliklərini ifadə ediblər. Qeyd olunub ki, Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının yaranmasında əsas məqsəd iştirakçı dövlətlərin aidiyyatı qurumları arasında əlaqələrin möhkəmləndirilməsi, genişləndirilməsi, müasir və səmərəli təşəbbüslərin inkişaf etdirilməsindən ibarətdir.

Çıxışlardan sonra Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının yaradılması haqqında anlaşma memorondumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti