Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir M.Əliyev/
Azərbaycanda mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dairəsi genişləndiriləcək.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, parlamentin fevralın 1-də keçiriləcək iclasında "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında qanuna dəyişikliklə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq.
Layihədə qeyd olunur ki, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları da qeyd olunan siyahıya daxil edilir.