...

Qazaxıstanın Azərbaycanda yeni səfiri təyin edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 11 Fevral 2013 16:17 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin fərmanı ilə Amangeldı Jumabayev Qazaxıstan Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qazaxıstanın Azərbaycanda yeni səfiri təyin edilib (ƏLAVƏ OLUNUB)

Qazaxıstan, Astana, 11 fevral /Trend, müxbir D.Muxtarov/

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin fərmanı ilə Amangeldı Jumabayev Qazaxıstan Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Trend-in məlumatına görə, bu barədə Qazaxıstan Prezidenti Administrasiyasının mətbuat xidməti xəbər yayıb.

Qeyd edək ki, Jumabayevədək bu postda Serik Primbetov çalışıb.

Amangeldı Jumabayev 1951-ci il oktyabrın 4-də Almatı vilayətində anadan olub. Bundan əvvəl respublikanın xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. S.M.Kirov adına Qazaxıstan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini (1974-cü il), Almatı Xalq Təsərrüfatı İnstitutunun plan-iqtisadiyyat fakültəsini (1978-ci il), SSRİ NŞ yanında Xalq Təsərrüfatı Akademiyasını (1991-ci il) və Kənd Təsərrüfatı İqtisadiyyatı Ümumittifaq ETİ-nin əyani aspiranturasını (Moskva, 1982-ci il) bitirib.

Diplomatik xidməti dövründə Qazaxıstanın və olduğu ölkələrin KİV-də yazıları müntəzəm dərc olunub.

"Qazaxıstan - Ukrayna: keçmişlə gələcək arasında" kitabının (2010-cu il) müəllifidir.

İngilis dilini bilir. 1996-cı ilin noyabrından diplomatik xidmət orqanlarında çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti