...

Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsinin yeni təsviri və nümunəsi təsdiq edildi (FOTO)

Siyasət Materials 15 Fevral 2013 21:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında" Fərmana dəyişiklikləri təsdiq edib.

Trend-in məlumatına görə, Fərmanda Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 2, maddə 66) aşağıdakı dəyişikliklər edilib:

1.1. həmin Fərmana Əlavə I - "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri" üzrə:

1.1.1. 2-ci hissədə "35" rəqəmləri "32" rəqəmləri ilə əvəz edilsin;

1.1.2. 3.1-ci bənddə "AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞININ ŞƏXSİYYƏT VƏSİQƏSİ" sözləri "AZƏRBAYCAN RESPUBLİKASI - REPUBLIC OF AZERBAIJAN" sözləri ilə, "IDENTITY CARD OF THE CITIZEN OF THE REPUBLIC OF AZERBAIJAN" sözləri "ŞƏXSİYYƏT VƏSİQƏSİ - IDENTITY CARD" sözləri ilə əvəz edilsin, "yazılır" sözündən sonra ", yuxarı sağ küncündə elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə təsvir olunur" sözləri əlavə edilsin;

1.1.3. 3.2-ci bənddə "CİNSİ/SEX" sözlərindən sonra "VƏTƏNDAŞLIĞI/NATIONALITY" sözləri əlavə edilsin, "QAN QRUPU/BLOOD GROUP" sözləri isə çıxarılsın;

1.1.4. 5.2-ci bənddə "orta hissəsinin" sözlərindən əvvəl "orta hissəsində "DOĞULDUĞU YER/PLACE OF BIRTH" və "QAN QRUPU/BLOOD GROUP" sözləri yazılır," sözləri əlavə edilsin;

1.2. həmin Fərmana Əlavə III - "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin nümunəsi" yeni redaksiyada verilsin (əlavə olunur).

2. Bu Fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti