...

ABŞ Dövlət Departamenti Suriyadakı terror aktını pisləyib

Siyasət Materials 21 Fevral 2013 23:36 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland mətbuat konfransında bildirib ki, Vaşinqton Suriyadakı terror aktını pisləyir.
ABŞ Dövlət Departamenti Suriyadakı terror aktını pisləyib

Azərbaycan, Bakı, 21 fevral /Trend/

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland mətbuat konfransında bildirib ki, Vaşinqton Suriyadakı terror aktını pisləyir. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, cümə axşamı Suriyanın paytaxtı Dəməşqdə, hakim partiya BƏƏS-in Mərkəzi Komitəsinin yerləşdiyi ərazidə minalanmış maşının partladılması nəticəsində 50-dən artıq insan həlak olub, 200-dən çoxu isə yaralanıb.

Məlumatda bildirilir ki, 400 metr radiusunda yerləşmiş bütün binalara, onlarla avtomobilə zərər dəyib. Rusiya səfirliyindən 150 metr aralıda yerləşən partlayış yerində isə 2-3 metrlik deşik əmələ gəlib. Suriyanın xüsusi xidmət orqanlarının hesablamalarına görə, maşında təxminən 1 tona yaxın partlayıcı maddə olub. Suriya müxalifətinin və inqilabçılarının koalisiyası isə terror aktını pisləyib.

"Biz beynəlxalq qanunları pozan, diplomatik nümayəndəliklərə və dinc əhaliyə qarşı törədilən istənilən zorakılıq aktını pisləyirik" - deyə Nuland vurğulayıb.

O, bildirib ki, ABŞ hər zaman müxalifət nümayəndələrilə dinc insanlara qarşı zorakılığa yol verilməməsi istiqamətində danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti