...

Bolqarıstanın 40 şəhərində hökumət əleyhinə etiraz aksiyaları keçirilir

Siyasət Materials 24 Fevral 2013 18:59 (UTC +04:00)
Bolqarıstanın 40 şəhərində və əhalinin sıx yaşadığı digər məntəqələrdə on minlərlə insan elektrik enerjsinin qiymətlərinin yüksəlməsinə, bu sahədəki monopoliyaya və hakimiyyətin siyasətinə qarşı etiraz aksiyaları keçirirlər. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda bildirilir ki, qiymət artımı səbəbindən başlanmış aksiyalar artıq 2 həftədir ki, davam edir
Bolqarıstanın 40 şəhərində hökumət əleyhinə etiraz aksiyaları keçirilir

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Bolqarıstanın 40 şəhərində və əhalinin sıx yaşadığı digər məntəqələrdə on minlərlə insan elektrik enerjsinin qiymətlərinin yüksəlməsinə, bu sahədəki monopoliyaya və hakimiyyətin siyasətinə qarşı etiraz aksiyaları keçirirlər. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda bildirilir ki, qiymət artımı səbəbindən başlanmış aksiyalar artıq 2 həftədir ki, davam edir.

Məlumatda deyilir ki, bazar günü Sofiyada başlamış aksiyada 10 min insan iştirak edib. Varna şəhərində isə "Enerqo-Pro" şirkətinin ğinasının qarşısında 40 min insan yığılıb. Bununla yanaşı, Bolqarıstanın digər şəhərlərində də müşahidə olunan aksiyalar əsasən dinc xarakterlidir, polislə toqquşmalar qeydə alınmayıb.

Qeyd edək ki, elektrik enerjisi daşıyıcılarının qiymətinin dəfələrlə yüksəlməsi səbəbindən başlanmış aksiyalara görə, Bolqarıstanın baş naziri Boyko Borisov hökuməti istefaya göndərmək məcburiyyətində qalmışdı. Parlament isə hökumətin istefasını qəbul etmişdi.

Hökumətin istefasından sonra keçici hökumət formalaşdırıldı və o, yeni seçkilərə qədər ölkəni idarə edəcək.

Xəbər lenti

Xəbər lenti