Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir E.Mehdiyev/
Martın 11-14-də Almaniyanın Berlin şəhərində Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək.
Trend-in XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə nazir müavini Xələf Xələfov rəhbərlik edəcək. Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək
Martın 11-14-də Almaniyanın Berlin şəhərində Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək.
