...

ABŞ-ın dövlət katibi İsrailə səfər edib

Siyasət Materials 19 Mart 2013 23:17 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Con Kerri İsrailə səfər edib. Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nuland deyib.
ABŞ-ın dövlət katibi İsrailə səfər edib

Azərbaycan, Bakı, 19 mart /Trend/

ABŞ-ın dövlət katibi Con Kerri İsrailə səfər edib. Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nuland deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Barak Obamanın İsrailə edəcəyi səfəröncəsi bu ölkəyə gələn Con Kerri bir və ya iki görüş keçirəcək.

Qeyd edək ki, bəzi mətbuat orqanlarının məlumatına görə, Con Kerri Obama ilə birlikdə İordaniyaya səfər edəcək. Lakin şənbə günü yenidən İsrailə qayıdaraq, baş nazir Binyamin Netanyahu ilə İsrail-Fələstin münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparacaq.

Amma Nuland bu informasiyanı təsdiqləməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti