Azərbaycan, Bakı, 19 mart /Trend/
Fransanın prezidenti Fransua Olland büdcə naziri Jerom Kayuzakın istefasını qəbul edib və bu vəzifəyə Bernar Kaznevi təyin edib.
Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda deyilir ki, 2013-cü ilin əvvəlində Paris prokurorluğu Kayuzaka qarşı vergidən yayınma ittihamı ilə araşdırmaya başlayıb.
Məlumatda deyilir ki, araşdırma Kayuzakın İsveç bankında gizli hesabının olması ilə bağlı informasiyaların yayılmasından sonra reallaşdırılıb.
Qeyd edək ki, vəzifəyə təyin edilən Bernar Kaznev Avropa məsələləri üzrə nazir postunu tuturdu. Buna qədər isə o, Ollandın seçkiöncəsi kampaniyasının rəsmi nümayəndəsi olub.