...

Bülent Arınç: Türkiyədə terror aktlarının arxasında İnqilabi Xalq-Azadlıq Partiyası-Cəbhəsi dayanır

Siyasət Materials 20 Mart 2013 13:16 (UTC +04:00)
Türkiyədə baş vermiş terror aktlarının arxasında terrorçu İnqilabi Xalq-Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C) təşkilatı dayanır.
Bülent Arınç: Türkiyədə terror aktlarının arxasında İnqilabi Xalq-Azadlıq Partiyası-Cəbhəsi dayanır

Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə baş vermiş terror aktlarının arxasında terrorçu İnqilabi Xalq-Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C) təşkilatı dayanır. Trend-in çərşənbə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bülent Arınç deyib.

Arınçın sözlərinə görə, terror aktları Türkiyədə demokratiyanın əleyhinə yönəlib.

Xatırladaq ki, bu gün səhər saatlarında İstanbulun Qartal rayonu ərazisində mərkəzi kitabxananın girişində partlayış baş verib. İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alan yoxdur. Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, dünən gecə Ankarada iki terror aktı törədilib, nəticədə bir nəfər yaralanıb. Hər iki fakt üzrə təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti