...

Aİ yenidən Ermənistanı "Metrsamor" AES-in istismarını dayandırmağa çağırıb

Siyasət Materials 21 Mart 2013 13:27 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndə heyətinin başçısı Trayan Xristea bu gün bəyan edib ki, Aİ yenidən Ermənistanı "Metsamor" Atom Elektrik Stansiyasının (AES) istismarını mümkün qədər tez dayandırmağa çağırır.
Aİ yenidən Ermənistanı "Metrsamor" AES-in istismarını dayandırmağa çağırıb

Azərbaycan, Bakı, 21 mart /Trend/

Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndə heyətinin başçısı Trayan Xristea bu gün bəyan edib ki, Aİ yenidən Ermənistanı "Metsamor" Atom Elektrik Stansiyasının (AES) istismarını mümkün qədər tez dayandırmağa çağırır. Bu barədə Trend cümə axşamı "Mediamaks"a istinadən məlumat verir.

Ermənistana dair "Avropa Qonşuluq siyasəti" hesabatını təqdim edən Xristea qeyd edib ki, AES-in gələcəkdə istismarı məsələsi Ermənistan-Aİ münasibətlərinin gündəliyində olan əsas mövzulardan biridir.

"AES-in istismarı bizi narahat etməkdə davam edir. Biz atom stansiyasının fəaliyyətinin dayandırılması ilə bağlı tez bir zamanda proqramın hazırlanması üçün dəfələrlə Ermənistan hökumətinə müraciət etmişik", - diplomat deyib.

Xristea, həmçinin qeyd edib ki, AES-in istismarı dayandırıldıqdan sonra Aİ Ermənistanın enerji təhlükəsizliyini təmin etmək üçün ölkə rəhbərliyi ilə alternativ qərarları müzakirə etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti