Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir A.Tağıyeva/
İsrailin "Azadlıq donanması"na qarşı əməliyyatı zamanı ölənlərin ailələrinə veriləcək təzminatın həcmi Ankara və Təl-Əviv arasında hələlik müzakirə edilməyib. Trend-in cümə günü "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bülent Arınç deyib.
Arınçın sözlərinə görə, təzminatın ödənilməsinin təfərrüatlarını müzakirə etmək üçün yaxın günlərdə İsrail nümayəndə heyətinin səfəri gözlənilir.
O, həmçinin qeyd edib ki, Türkiyə təzminatların ödənilməsi prosesini sürətləndirməyə çalışır.