...

Prezident İlham Əliyev və xanımı "Atəşgah məbədi" Tarix-Memarlıq Qoruğunda bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olublar (FOTO)

Siyasət Materials 29 Mart 2013 19:02 (UTC +04:00)
Martın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev və xanımı "Atəşgah məbədi" Tarix-Memarlıq Qoruğunda bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olublar (FOTO)

Azərbaycan, Bakı, 29 mart /Trend/

Martın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.

Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, Azərbaycanın maddi mədəniyyət abidələrindən olan XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş və UNESCO-nun Dünya irsinin ilkin siyahısına daxil edilmiş Atəşgah məbədi 26 hücrədən və mərkəzi səcdəgahdan ibarətdir.

Bildirildi ki, 2012-ci ilin sentyabrından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikintisi işləri sürətlə həyata keçirilib, yeddi ay ərzində başa çatdırılıb. Buradakı əsas binada qoruq idarəsi, muzey, muğam evi, milli tətbiqi sənətə aid olan dəmirçi kürəsi, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı, həsir toxuma emalatxanaları, suvenirlər, rəsm qalereyası və sair var. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binaları və abidələri əks etdirən guşələr yaradılıb. Burada əcdadlarımızın istifadə etdikləri məişət əşyaları və incəsənət nümunələri nümayiş olunur.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Atəşgah məbədində görülən işlərlə tanış oldular.

Diqqətə çatdırıldı ki, XVII əsrdə məbədin ətrafında bir-birinin yanında ibadətxana, 26 hücrə və karvansara tikilib. XVIII əsrin əvvəlində məbəd artıq bizim dövrə gəlib çıxdığı şəkli alıb.

Dövlətimizin başçısı Atəşgah məbədinin XIX əsrdə çəkilən şəkillərini, bərpadan əvvəlki və sonrakı görüntülərini əks etdirən fotostendlərə, qoruq ərazisində yaxın gələcəkdə görüləcək işlərin eskiz layihələrinə baxdı.

Görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti