Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin baş nazirinin müavini Bülənt Arınc siyasətdən gedəcəyini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə Arınc Türkiyənin "Kanal 24" telekanalına verdiyi açıqlamada bildirib.
Arınc onu da deyib ki, gələn parlament seçkilərində deputatlığa namizədliyini irəli sürməyəcək.
"Siyasətə daha uğurlu adamların olması daha uyqundur, bundan sonra siyasətə vida edəcəyəm", Arınc bildirib.
Qeyd edək ki, ixtisasca vəkil olan Arınc Türkiyənin 61-ci hökumətində baş nazirin müavini postunda çalışır. Türkiyədə yeni parlament seçkiləri 2015- ci ildə keçiriləcək.