Azərbaycan, Bakı, 15 aprel / Trend, müxbir R. Hafizoğlu/
Türkiyənin Baş nazirinin müavini Bülent Arınç Fransada yaşayan və bu ölkənin vətəndaşlığına malik türklərə, həmçinin Türkiyə vətəndaşlığını qəbul etməyi təklif edir. Bu barədə Trend bazar ertəsi "Anadolu" agentliyinə istinadən məlumat verir.
Onun sözlərinə görə, Fransada yaşayan türklər bu ölkənin siyasi həyatında fəal iştirak etməlidirlər.
"Fransadakı türklər ölkənin həyatında xüsusi rol oynamalıdırlar" , - Arınç qeyd edib.
Fransanın Türkiyədəki səfirliyinin saytında açıqlanan məlumata görə, bu ölkədəki türklərin sayı 400 min nəfərdən çoxdur, onların yarısının ikili vətəndaşlığı var.