...

İlham Əliyev Sumqayıtdakı Bayraq meydanında yaradılan şəraitlə tanış olub

Siyasət Materials 3 May 2013 16:08 (UTC +04:00)
Mayın 3-də Prezident İlham Əliyev Sumqayıtdakı Bayraq meydanında yaradılan şəraitlə tanış olmuşdur.
İlham Əliyev Sumqayıtdakı Bayraq meydanında yaradılan şəraitlə tanış olub

Azərbaycan, Bakı, 3 may /Trend/

Mayın 3-də Prezident İlham Əliyev Sumqayıtdakı Bayraq meydanında yaradılan şəraitlə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, burada təmir işlərinə 2012-ci ildə başlanılmışdır. Meydanda 72 metr hündürlükdə dalğalanan bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bundan başqa, əraziyə bitişik park da gözəl tərtibatda yenidən qurulmuşdur. Ətrafda geniş abadlıq-quruculuq və yaşıllıq işləri görülmüşdür. Burada 18 min kvadratmetr sahəyə daş plitə döşənmiş, müasir işıqlandırma sistemi qurulmuşdur.

Prezident İlham Əliyev Bayraq meydanında görülmüş işlərdən razılığını bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti