...

Əhmədinejad Hindistanın xarici işlər nazirini qəbul edib

Siyasət Materials 5 May 2013 04:16 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad şənbə günü Hindistanın xarici işlər naziri Salman Xurşidi qəbul edib.
Əhmədinejad Hindistanın xarici işlər nazirini qəbul edib

Azərbaycan, Bakı, 5 may /Trend/

İran Prezidenti Mahmud Əhmədinejad şənbə günü Hindistanın xarici işlər naziri Salman Xurşidi qəbul edib. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.

İran Prezidentinin rəsmi saytının məlumatına görə, görüşdə Əhmədinejad qeyd edib ki, İran və Hindistan arasında tarixi və mədəni yaxınlıq var və dünya bu ölkələrin mədəniyyətinə ehtiyac duyur.

"Dünyada indiki vəziyyətdə qarşılıqlı münasibətlərimizi saxlamalı və möhkəmləndirməliyik", - Prezident bildirib.

Əhmədinejad İran və Hindistan arasında münasibətləri "tarixi keçmişi olan dostluq münasibəti" adlandırıb, həmçinin əlavə edib ki, iki ölkə ədalətə və dostluğa əsaslanaraq həmişə humanitar mədəniyyət yaratmağa çalışıb.

"İran Hindistanın inkişafından razıdır, çünki Hindistanın tərəqqisinə öz tərəqqisi kimi yanaşır", - Mahmud Əhmədinejad vurğulayıb.

İrana qarşı iqtisadi və siyasi təzyiqlərə toxunan Salman Xurşid bildirib ki, Hindistan düşmənlərin İrana qarşı məqsəd və niyyətlərini anlayır, həmçinin Hindistan əmindir ki, bu təzyiq İrana heç bir təsir göstərə bilməyəcək.

Xurşid İran-Hindistan birgə iqtisadi komissiyasının işini müsbət qiymətləndirib və ticarət, kənd təsərrüfatı, neft sənayesi və digər sahələrdə ikitərəfli əlaqələri genişləndirməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti