...

İordaniya kraliçası: Nizami Gəncəvinin əsərləri bu gün də aktuallığını qoruyur

Siyasət Materials 7 May 2013 10:47 (UTC +04:00)
Произведения большого азербайджанского поэта и мыслителя Низами Гянджеви сохраняют актуальность и сегодня
İordaniya kraliçası: Nizami Gəncəvinin əsərləri bu gün də aktuallığını qoruyur

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir S. Əliyev/

Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri bu gün də aktuallığını qoruyur. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı İoprdaniya kraliçası Nur əl-Hüseyn Bakıda keçirilən I Cənubi Qafqaz forumunda deyib.

"Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri bu gün də aktuallığını qoruyur, çünki o, siyasi islahatlar, millətlərarası dialoq və xalqlar arasında əməkdaşlıq lehinə çıxış edib", - Nur əl-Hüseyn qeyd edib.

İki gün davam edəcək foruma dünyanın 40-dan çox ölkəsindən 200-ə yaxın tanınmış ictimai-siyasi xadim qatılıb.

Forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti