...

Azərbaycan və Şri Lanka arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Siyasət Materials 7 May 2013 10:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şri Lankaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Mahinda Racapaksa ilə görüşüb.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı Şri Lanka prezidenti Azərbaycan nümayəndə heyətini səmimi salamlayaraq, iki ölkə arasında yüksək səviyyəli siyasi münasibətlərdən məmnunluq bildirib.

İki ölkə arasında iqtisadi, enerji, turizm, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial olduğunu və bu səfərin münasibətlərin inkişafına təkan verəcəyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində gələcəkdə daha da genişləndiriləcəyinə əminlik bildirib.

Nazir ikitərəfli hüquq-müqavilə bazasının möhkəmləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. Şri Lankanın müharibədən sonrakı dinamik inkişafını təqdir etdiyini bildirərək, Ermənistan-Azərbaycan münaqişəsinə diqqət çəkib, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə aparıldığını qeyd edib.

Şri Lanka prezidenti Azərbaycanın regionun dinamik inkişaf edən ölkəsi olduğunu, xüsusən də enerji sahəsində geniş təcrübəsini nəzərə alaraq, bu istiqamətdə, həmçinin, turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin arzu edildiyini bildirmişdir.

Xarici işlər naziri Elmar Məmmədyarov həmkarı ilə görüşə istinadən iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumun təşkili barədə razılıq əldə edildiyini qarşı tərəfin diqqətinə çatdırmışdır.

Görüşün sonunda Şri Lankanın prezidenti Azərbaycanın dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti