Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.Mehdiyev/
Səslənən iradlara baxmayaraq, Azərbaycanda seçki komissiyaları ölkə qanunvericiliyinə uyğun şəkildə ədalətli formatda formalaşıb. Trend-in məlumatına görə, bunu cümə günü Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov müxalifətinin seçki komissiyalarının formalaşmasına etdiyi narazılıqlara münasibət bildirərkən jurnaslitlərə deyib.
Onun sözlərinə görə, bütün seçki komissiyaları Azərbaycan qanunvericiliyə əsasən formalaşdırılır. Burada ATƏT-in də standartları tətbiq olunur. Bütün seçki komissiyaları 3/1 formatda formalaşıb:
"Hesab edirəm ki, səsləndirilən iradlara baxmayaraq, bu, kifayət qədər ədalətli formatdır. Komissiyaların bu tərkibdə formalaşdırılması seçicilərin maraqlarına da uyğundur. Çünki Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti heç bir partiya mənsubiyyəti olmayan şəxslərdir. Ona görə də bu iradların səslənməsini bir qədər qəribə qəbul edirəm və burada heç bir problem görmürəm".