...

Pakistanın Ticarət və Sənaye Palatasında Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı toplantı keçirilib (FOTO)

Siyasət Materials 10 May 2013 22:14 (UTC +04:00)
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Pakistanın Ticarət və Sənaye Palatasında toplantı keçirilib.
Pakistanın Ticarət və Sənaye Palatasında Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı toplantı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend/

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Pakistanın Ticarət və Sənaye Palatasında toplantı keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, toplantıda Ticarət və Sənaye Palatasının prezidenti, Kayde Azam Universitetinin, Preston Universitetinin, Müasir Dillər Universitetinin, Pakistan Milli Universitetinin rektorlarları, Milli Kitabxananın direktoru, "Diplomatic Insight", "Diplomatic Star", "Centreline" jurnalları", "Daily Times","Pakistan Observer", "The News"qəzetlərinin baş redaktorları, Pakistanın tanınmış ictimai-siyasi xadimləri, ölkənin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən Pakistanın Ticarət və Sənaye Palatasının sədri Zəfər Bəxtəvari Pakistan-Azərbaycan münasibətlərin qurucusu olan Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ikitərəfli iqtisadi və ticarət əlaqələrinin inkişafına verdiyi töhfələrdən danışmışdır. Bildirmişdir ki, məhz Heydər Əliyevin dəstəyi ilə iqtisadi əlaqələrin hüquqi normativ bazasını təşkil edən sazişlər paketi imzalanmış, ikitərəfli hökumətlərarası komissiya təsis edilmiş, Bakı-Karaçi hava əlaqəsi qurulmuş, xalqlarımız arasında sadələşdirilmiş rejimdə gediş-gəlişin təşkil edilməsi üçün konsulluq sazişi hazırlanmış, Pakistan Milli Bankının Bakıda filialı açılmış və bu kimi digər tədbirlər görülmüşdür. Daha sonra natiq bildirmişdir ki, məhz bu siyasət nəticəsində onlarla Pakistan şirkətləri və mütəxəssisləri hazırda Azərbaycanda fəaliyyət göstərir, ölkələrarası ticarət inkişaf etməkdədir.

Daha sonra Z.Bəxtəvari Heydər Əliyevin təməlini qoyduğu iqtisadi islahatlar, neft strategiyası nəticəsində Azərbaycanın dünyanın ən dinamik inkişaf edən ölkələr sırasında olduğunu vurğulamışdır. O, demək olar ki, hər il Bakıya səfər etdiyini və hər dəfə də gələrkən onu heyrətə gətirən dəyişiklərin şahidi olduğunu vurğulamışdır.

Tədbirdə çıxış edən Azərbyacanın Pakistandakı səfiri Daşqın Şikarov öz çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin inkişafında əvəzsiz rolundan danışmışdır. Bildirmişdir ki, Heydər Əliyevin 1995-ci və 1996-ci illərdə müvafiq olaraq Pakistanın Prezidenti və Baş naziri ilə görüşləri, siyasi və digər sahələrə aid sənədlərlə yanaşı, investisiyaların qorunması, ikili vergilərdən azad edilməsi, ticarət və iqtisadi sahələrdə əməkdaşlıq, turizm və konsulluq sahələrində sazişlər ölkələrimiz arasında iqtisadi əlaqələrin qurulması üçün zəmin yaratmışdır.

Səfir hökumətlərarası iqtisadi komissiyanın təsis edilməsi və həmin komissiyanın artıq 5-ci iclasının keçirilməsinin də bu əlaqələrə təkan verən amillərdən olduğunu vurğulamışdır.

Daha sonra Daşqın Şikarov Azərbaycanın ümumilli liderinin ideyaları və Azərbaycanın tərəqqisi haqqında danışmış, onların Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirildiyini vurğulamışdır. Bildirmişdir ki, məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyada ən yüksək templərlə inkişaf edən dövlətlərdən birinə çevrilmişdir.

Daha sonra tədbirdə iştirak edən Preston Universitetinin rektoru professor Abdul Basit, Sənaye və Ticarət Palatasının baş katibi Məcid Şabir Heydər Əliyevin Pakistan-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi yolunda gördüyü işlərdən danışıblar.

Tədbirin sonunda toplantı iştirakçıları üçün ziyafət verilmiş, onların hər birinə yenindən nəşrdən çıxmış "Heydər Əliyev - Azərbaycanın ümumilli lideri" kitabı paylanılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti