Azərbaycan, Bakı, 12 may /Trend/
Dəməşq Reyhanlı partlayışına görə ittihamları qəbul etməyib. Trend-in RİA Novostiyə istinadən verdiyi xəbərdə deyilir ki, Suriyanın informasiya naziri Omran əz-Zoubi Türkiyədə baş verən partlayışa görə, məsuliyyət daşımadığını dilə gətirib.
"Bu partlayışı törədənlərin arxasında Suriya hakimiyyəti durmur" - deyə əz-Zoubi əlavə edib.
O, bildirib ki, heç kəsin yalnış bəyənatlar verməyə haqqı yoxdur.