...

Prezident İlham Əliyev və xanımı Vyanada Üzeyir Hacıbəylinin abidəsini ziyarət ediblər (FOTO)

Siyasət Materials 12 May 2013 23:41 (UTC +04:00)
Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vyanadakı Dunay parkında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsini ziyarət etmişlər.
Prezident İlham Əliyev və xanımı Vyanada Üzeyir Hacıbəylinin abidəsini ziyarət ediblər (FOTO)

Azərbaycan, Bakı, 12 may /Trend/

Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vyanadakı Dunay parkında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsini ziyarət etmişlər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoydular.

Dunay parkında dünya mədəniyyətinin tanınmış simalarının abidələri ucaldılmışdır. Üzeyir Hacıbəylinin abidəsi 2006-cı ilin mayında açılmışdır.

Dövlətimizin başçısı və xanımı abidənin önündə xatirə şəkli çəkdirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti