...

Taner Yıldız: Fransanın Türkiyə AES-nə sərmayələri onun “erməni soyqırımı” məsələsində mövqeyinə təsir edəcək

Siyasət Materials 13 May 2013 10:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə ikinci Atom Elektrik Stansiyasına (AES) tikintisinə yatırılan Fransa sərmayələri, onun "erməni soyqırımı" məsələsindəki mövqeyinə təsir edə bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldızın çıxışına istinadən "Sabah" qəzeti xəbər yayıb.

Yıldız bildirib: "Bu sərmayələrdən sonra Fransa "erməni soyqırımı" məsələsi ilə bağlı fikirlərində daha diqqətli olacaq. Mən hesab edirəm ki, "Sinop" AES layihəsi "erməni soyqırımı" məsələsində Fransanın mövqeyinə təsir edəcək".

Mayın əvvəlində Türkiyə və Yaponiya arasında Türkiyədə ikinci atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı dövlətlərarası saziş imzalanıb.

Yaponiya AES-i Fransa ilə birgə tikəcək. Bildirilir ki, Sinop rayonunda tikiləcək ikinci AES 20-22 milyard ABŞ dollarına başa gələcək. Sinopdakı AES-i Fransa şirkəti "GDF Suez" ilə birgə konsorsiumda Yaponiya şirkəti "Mitsubishi" tikəcək. Lakin layihənin operatoru Yaponiya şirkəti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti