...

Ərdoğan: Türkiyədəki terror aktının arxasında Suriya rejimi dayanır

Siyasət Materials 13 May 2013 15:54 (UTC +04:00)
Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş terror aktının arxasında Suriya rejimi dayanır.
Ərdoğan: Türkiyədəki terror aktının arxasında Suriya rejimi dayanır

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir A.Tağıyeva/

Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş terror aktının arxasında Suriya rejimi dayanır. Trend-in bazar ertəsi "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, Suriya müxalifətinin terror aktına heç bir aidiyyəti yoxdur.

Baş nazir qeyd edib ki, ABŞ-a səfəri zamanı Reyhanlıdakı terror aktı müzakirə ediləcək və Türkiyənin ABŞ-dan bu məsələ ilə bağlı bəzi tələbləri olacaq.

Onun sözlərinə görə, ABŞ-a səfərindən sonra Reyhanlıya gedərək partlayışlar nəticəsində xəsarət alanların ailələri ilə görüşmək niyyətindədir.

Xatırladaq ki, Reyhanlıda törədilmiş terror aktı nəticəsində 46 nəfər ölüb, 155 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti