...

Azərbaycanın təşəbbüsü ilə Türkiyədə baş vermiş terror aktları ilə bağlı BMT Təhlükəsizlik Şurası bəyanat qəbul edib

Siyasət Materials 14 May 2013 03:45 (UTC +04:00)
Türkiyənin Hatay bölgəsinin Reyhanlı şəhərində şənbə günü baş vermiş terror aktları nəticəsində ən azı 46 nəfərin həlak olması və yüzlərlə insanın xəsarət almasını nəzərə alaraq, Azərbaycanın təşəbbüsü ilə Təhlükəsizlik Şurasının mətbuat üçün bəyanatı qəbul edildi.
Azərbaycanın təşəbbüsü ilə Türkiyədə baş vermiş terror aktları ilə bağlı BMT Təhlükəsizlik Şurası bəyanat qəbul edib

Azərbaycan, Bakı, 14 may / Trend /

Türkiyənin Hatay bölgəsinin Reyhanlı şəhərində şənbə günü baş vermiş terror aktları nəticəsində ən azı 46 nəfərin həlak olması və yüzlərlə insanın xəsarət almasını nəzərə alaraq, Azərbaycanın təşəbbüsü ilə Təhlükəsizlik Şurasının mətbuat üçün bəyanatı qəbul edildi.

BMT yanında Daimi Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, bəyanatda Şura üzvləri göstərilən terror aktını qətiyyətlə pisləmiş, həmin aktın qurbanlarının ailə üzvlərinə, Türkiyə Hökuməti və xalqına başsağlığını ifadə etmiş, bu cinayəti törədən, terroru təşkil edən, maliyyələşdirən və dəstəkləyən şəxslərin məsuliyyətə cəlb olunması vacibliyini vurğuladılar.

Bununla yanaşı Şura üzvləri terrorçuluğun bütün növ və təzahürlərinin beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən birini təşkil etdiyini və terror aktlarının, onların motivlərindən, harada, nə vaxt və kim tərəfindən törədilməsindən asılı olmayaraq, cinayət hesab etdiklərini və bağışlanılmaz olduğunu qeyd etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti