...

Obama Quantanamo üzrə xüsusi nümayəndə təyin etmək niyyətindədir

Siyasət Materials 24 May 2013 00:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend/

ABŞ Prezidenti Barak Obama Quantanamo həbsxanasından məhkumların üçüncü ölkələrə köçürülməsi üzrə xüsusi nümayəndənin təyin edilməsi niyyəti barədə elan edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Obama terrorizmlə mübarizə məsələsi üzrə çıxışında deyib: "Mən Dövlət Departamenti və Müdafiə Nazirliyi yanında məhkumların üçüncü ölkələrə köçürülməsi üzrə yeni yüksək vəzifəli nümayəndə təyin edəcəyəm. O bu işdə məsuliyyət daşıyacaq və məhkumların köçürülməsinə nail olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti