...

Əsəd: Suriya terrorizmlə mübarizədə və böhranın siyasi yolla həllini tapmaqda qərarlıdır

Siyasət Materials 24 May 2013 02:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend/

Suriya bölgədə və dünyada terrorizmi dəstəkləyənlərlə mübarizə aparmaqda, bununla yanaşı, ölkədəki böhranın siyasi yolla həllini tapmaqda qərarlıdır.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, bu barədə Suriya Prezidenti Bəşşar Əsəd paytaxt Dəməşqdə Tunisin bir sıra siyasi partiya nümayəndələri ilə görüşündə bildirib.

Əsəd suriyalıların Tunis xalqının mövqeyini bəyəndiyini qeyd edib: "Eyni zamanda, suriyalılar bəzi aldadılmış tunislilərin Suriyaya döyüşməyə gəldiyini bilir".

Qeyd edək ki, bir müddət əvvəl Tunisin xarici işlər naziri Osman Carandi təqribən 800 tunislinin Suriya rejiminə qarşı döyüşdüyünü bildirmişdi.

Xəbər lenti

Xəbər lenti