Azərbaycan, Bakı, 29 may /Trend, müxbir S. Ağayeva/
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsinin Suriyadan təxliyyə etdiyi şəxslərin vətəndaşlıqlarını müəyyənləşdirir. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib.
Abdullayev bildirib ki, XİN Rusiya FHN-nin təyyarəsinin Suriyadan azərbaycanlıların təxliyyə etməsi məsələsini aydınlaşdırır, həmçinin həmin şəxslərin vətəndaşlıqlarını müəyyənləşdirir.