...

II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində kommünike qəbul olunub (FOTO)

Siyasət Materials 31 May 2013 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində 1-ci Nazirlər görüşünün kommünikesi qəbul olunub. Trend-in məlumatına görə, kommünikedə Forumda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri və mədəniyyət və turizm nazirləri Azərbaycanın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu iki ildən bir təşkil etmək qərarını alqışlayırlar.

Həmçinin, kommünikedə BMT, UNESCO, Sivilizasiyalar Alyansı və digər beynəlxalq və regional təşkilatların müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında etimadın qurulması, qarşılıqlı hörmət və anlaşmanın yaradılması istiqamətindəki fəaliyyəti dəstəklənir.

Bundan əlavə, kommünikedə bütün xalqlar üçün sülhün, ədalətin və əmin-amanlığın yaradılması məqsədilə münaqişələrin sülh yolu ilə həllinin vacibliyi vurğulanır.

Forum iştirakçıları kommünikedə bütün dünyada uzunmüddətli sülhün və sabitliyin yaradılması üçün mədəniyyətlərarası dialoqun mühüm amillərdən biri olduğunu diqqətə çatdırıblar.

Forum iştirakçıları, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciətində mədəniyyətlər və sivilizasiyalar arasında körpünün qurulması ilə bağlı səsləndirdiyi dəyərli fikirləri yüksək qiymətləndiriblər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Forum iştirakçıları mədəniyyətlərarası dialoqu təşviq edən proqramları və layihələri dəstəkləməyə çağırmağı qərara alırlar.

Həmçinin, kommünikedə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Forumu yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Kommünikedə, həmçinin Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dünyanın hər bir qitəsində mədəni müxtəliflik paytaxtının təyin edilməsi təşəbbüsünün başlanması qərara alınıb.

Kommunikedə həmçinin Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dünyanın hər bir qitəsində mədəni müxtəliflik paytaxtının təyin edilməsi təşəbbüsünün başlanması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti