...

Bülənt Arınç: Türkiyə hökuməti nümayişçilərin tələblərini müzakirə etməyə hazırdır

Siyasət Materials 4 İyun 2013 15:23 (UTC +04:00)
Türkiyə hökuməti nümayişçilərin tələblərini müzakirə etməyə hazırdır.
Bülənt Arınç: Türkiyə hökuməti nümayişçilərin tələblərini müzakirə etməyə hazırdır

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə hökuməti nümayişçilərin tələblərini müzakirə etməyə hazırdır. Trend-in "2TRT Haber"ə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Türkiyənin Baş nazirinin müavini Bülent Arınç bildirib.

Arınçın sözlərinə görə, hökumət üçün ən əsası radikal tədbirlərin olmamasıdır.

O, həmçinin bildirib ki, baş verənlərə baxmayaraq hökumət bundan sonra da qeyri-leqal qruplaşmalara qarşı mübarizə aparacaq.

Baş nazirin müavininin sözlərinə görə, Taksim meydanında baş verən hadisələr ölkənin beynəlxalq imicinə təsir edir və onlardan həmçinin Türkiyə iqtisadiyyatı ziyan çəkir.

Arınç bildirib ki, hökumət var gücü ilə etiraz aksiyaları zamanı insanların həlak olmasından qaçmağa çalışıb.

Türkiyənin bir çox şəhərlərində İstanbulun mərkəzindəki Gezi parkında nümayişçilərə dəstək olaraq etiraz aksiyaları keçirilir. Etiraz edənlər parkın məhv edilməsinə qarşı çıxış edirlər.
Nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qaz və su şırnağından istifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti